image-4444backend

Sel “Formula 1”i də vurdu

image-reklam_sirab_01

İtaliyada leysan yağışlar nəticəsində baş verən sel fəlakəti ölkənin şimal bölgəsindəki Emiliano Romaqnada 24 sahil xəttini su altında qoyub.

Vətəninfo.az xəbər verir ki, “Formula 1” rəhbərliyi ilə İtaliya rəsmiləri fövqəladə iclas keçirərək həftəsonu regionda olacaq “İmola Grand Prix”ni ləğv etmək qərarına gəlib.

Mövsümün 6-cı yarışını gərgin iş qrafiki ilə əlaqədar gec tarixə keçirmək mümkün deyil. Mövzu ilə bağlı “Formula 1”in baş direktoru Stefano Domenicalli deyib: “Böyüdüyüm bölgədə bu mənzərəni görmək kədərlidir. Qərar təhlükəsizliyin təmin edilməsi və hakimiyyətə yük olmamaq üçündür”.

“Formula 1”də mövsüm “Monako Grand Prix”i ilə davam edəcək.

Təqvimin ən əyləncəli yarışlarından biri olan mücadilə mayın 28-də keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki