image-33backend

Sel və torpaq sürüşməsi nəticəsində  109 nəfər öldü

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki bu barədə Ruanda fövqəladə halların idarə edilməsi üzrə nazir Marie Solange Kayisire məlumat yayıb.

Bildirilir ki, ölkənin qərb və şimal əyalətlərində leysan yağışlar nəticəsində torpaq sürüşməsi və daşqınlarda 109 nəfər həyatını itirib. Axtarış-xilasetmə işlərinin davam etdiyi fəlakət bölgəsində bir çox ev yararsız hala düşüb. Əkin sahələrinə ziyan dəyib.

Həyatını itirənlərdən bəzilərinin evlərində qapalı qaldıqlarını deyən nazir Kayısıre, fəlakətdən ən çox zərər çəkmiş bölgələrin Ngororero, Rubavu, Nyabihu, Rutsiro və Karongi olduğunu sadalayıb və bu ərazilərə çadır başda olmaqla təcili yardım materyalların çatdırılmağa başlandığını qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki