image-reklam-veteninfo
image-1backend

Şəmxani: “Sanksiyalar qaldırılarsa, İran zənginləşdirilmiş urandan imtina etməyə hazırdır” 

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, İranın ali rəhbərinin müşaviri Əli Şəmxani NBC telekanalına müsahibəsində deyib ki, ABŞ İrana qarşı sanksiyaları ləğv etməyə razılaşarsa, Tehran Trampla nüvə sazişində yüksək dərəcədə zənginləşdirilmiş urandan imtina edəcək.
Onun sözlərinə görə, Tehran beynəlxalq müşahidəçiləri öz nüvə obyektlərinə buraxmağa və uranın yalnız mülki məqsədlər üçün zənginləşdirilməsinə razılıq verməyə hazır olacaq.
Şəmxani qeyd edib ki, “əgər amerikalılar dedikləri kimi etsələr, şübhəsiz ki, Tehran və Vaşinqton arasında daha uğurlu münasibətlər ola bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki