Vətəninfo.az Associated Press-ə istinadən xəbər verir ki, Şimali Dakota senatoru Duq Larsen, həyat yoldaşı və iki uşağı təyyarə qəzasında həlak olub.
Hava qəzası bazar günü Yuta ştatında baş verib. təyyarə havaya qalxdıqdan dərhal sonra qəzaya uğrayıb. Larsenin və ailəsinin ölümünü yerli qanunverici orqandakı həmkarlarına məktub göndərən Senatdakı Respublikaçı Çoxluğun lideri Devid Hoq təsdiqləyib.
“Senator Doug Larsen, həyat yoldaşı Emi və iki uşağı dünən gecə Yuta ştatında təyyarə qəzasında həlak olublar. Onlar Arizona ştatının Skotsdeyl şəhərində qohumlarını ziyarət etdikdən sonra evə qayıdırdılar. Yanacaq doldurmaq üçün Yuta ştatında dayanıb”, – Hoqun məktubunda deyilir.


























