image-1backend

SENSAİON FAKT: İsrail Qəzza zolağında 814 məscidi dağıdıb

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Fələstinin Qəzza zolağındakı Vəqflər və Dini İşlər Nazirliyi İsrail ordusunun 7 oktyabrdan etibarən bölgədəki məscidlərin 79 faizini, 3 kilsə və 19 qəbiristanlığı dağıtdığını açıqlayıb. Nazirliyin yaydığı bəyanatda bildirilir ki, İşğal ordusu sistemli və şüurlu şəkildə 1245 məsciddən 814-nü, yəni 79 faizini dağıdıb, 148 məscid və 3 kilsəyə ziyan vurub, 60 qəbiristanlıqdan 19-nu hədəf alıb.

Bəyanatda İsrail ordusunun hədəf aldığı bir çox qəbiristanlıqdan cəsədləri oğurladığına diqqət çəkilib. Bəyanatda vurğulanır ki, İşğal ordusu soyqırım müharibəsi zamanı qəbirləri dağıtdı, minlərlə şəhidin cəsədinə hörmətsizlik etdi və ya oğurladı.

Nazirlik İsrail ordusunun 238 əməkdaşını öldürdüyünü, 19 əməkdaşını isə saxladığını bildirib. Məlumatda İsrail ordusunun nazirliyin inzibati və təhsil məqsədləri üçün istifadə edilən 11 mərkəzini də məhv etdiyi qeyd edilib.

Bəyanatda həmçinin nazirliyin İsrailin Qəzza zolağındakı məbədlərə hücumlarını şiddətlə qınadığı, beynəlxalq ictimaiyyəti, xüsusilə də beynəlxalq qurum və təşkilatları İsrailin soyqırım müharibəsinin dayandırılması üçün hərəkətə keçməyə çağırdığı qeyd edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki