image-reklam-veteninfo
image-1backend

SEPAH ABŞ-yə məxsus daha bir pilotsuz uçuş aparatını ələ keçirdiyini açıqlayıb

image-reklam-veteninfo

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ABŞ ordusuna məxsus MQM-170 tipli pilotsuz uçuş aparatını (PUA) ələ keçirdiyini bəyan edib.

Vətəninfo.az “Mehr” xəbər agentliyinə istinadən xəbər verir ki, əməliyyat Qeşm adasının cənubunda radioelektron mübarizə vasitələrindən istifadə edilməklə həyata keçirilib.

SEPAH-ın açıqlamasında bildirilir ki, ABŞ-yə məxsus olduğu iddia edilən pilotsuz aparat İranın hava hücumundan müdafiə və radioelektron mübarizə sistemlərini izləmək, onların fəaliyyət xüsusiyyətlərini müəyyənləşdirmək məqsədilə ərazidə uçuş həyata keçirib.

Məlumata görə, İran hərbçiləri radioelektron müdaxilə nəticəsində aparat üzərində nəzarəti ələ keçiriblər. Daha sonra PUA-nın zədələnmədən təhlükəsiz şəkildə yerə endirildiyi bildirilib.

Qeyd edək ki, hadisə ilə bağlı hələlik ABŞ tərəfinin rəsmi açıqlaması yoxdur. SEPAH-ın yaydığı məlumatın müstəqil təsdiqi də mövcud deyil.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki