İsveç parlamentində SEPAH-ın adının Avropa Birliyinin terror qrupları siyahısına salınması ilə bağlı həlledici səsvermə keçirilib .
Vətəninfo.az xəbər verir ki, İsveç Parlamentinin Xarici Komitəsinin rəsmi saytının yaydığı məlumata görə, müxtəlif partiyalardan olan 349 parlament üzvü hökumətin SEPAH-ı Avropa İttifaqı çərçivəsində terror təşkilatı kimi tanımasını tələb edən qanun layihəsinin lehinə səs verib.
İsveç parlamentinin deputatları ölkə hökumətinin SEPAH-ı Avropa İttifaqı çərçivəsində terror təşkilatı kimi tanımasını tələb edən qanun layihəsini təsdiqləyiblər. İsveç parlamentindəki 8 partiyanın hamısı sözügedən layihənin lehinə səs verib. Layihə mayın 10-da saat 16:00-da səsə qoyularaq qəbul edilib.