Vətəninfo.az xəbər verir ki, “Sky News Arabia” İran mənbələrinə istinadən yazıb ki, SEPAH-ın Qüds qanadının komandanı İsmayıl Qaani infart keçirib və xəstəxanaya aparılıb.
Məlumata görə, bu, Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsindən sonra İsmayıl Qaaninin İsraillə əlaqəsi şübhəsi ilə bağlı aparılan istintaq çərçivəsində onun dindirilməsi zamanı baş verib.
Xəbər agentliyi qeyd edib ki, Qaani İsrailin Beyruta hücumlarında yaralanmayıb və hazırda İranın ali rəhbəri Əli Xameneyinin yaxın adamlarının nəzarəti altındadır.