Vətəninfo.az xəbər verir ki, SEPAH-ın Qüds qanadının keçmiş generallarından biri, İran parlamentinin Ərdəbildən seçilmiş sabiq deputatı, qatı anti-Azərbaycan mövqeyə sahib Mənsur Həqiqətpur “Khabar Online” portalına qərəzli müsahibə verib.
Sual: Qafqazda nə baş verir və Ermənistana qarşı sülh sazişi qəbul etdirilir? İrana qarşı hansı təhdidlər var?
Sual: Qafqazda nə baş verir və Ermənistana qarşı sülh sazişi qəbul etdirilir? İrana qarşı hansı təhdidlər var?
– Biz Qafqazda strateji komaya düşmüşük və İran İslam Respublikası hələ yuxudadır. İranın dini rəhbərinin sərhədlərin dəyişdirilməməsi ilə bağlı xəbərdarlığı olmasaydı, biz daha çoxlu hadisələrin şahidi olardıq. İran rəsmiləri Qafqazla bağlı əsas vəzifələrini yerinə yetirməyiblər. Bu məsələdə biz Rusiyanı da tənqid edirik, çünki anlaşma əsasında Tehran və Moskvanın maraqları həyata keçirilə bilərdi. Cənubi Qafqazda baş verən hadisələr strateji baxımdan İranın zərərinədir və həm qısa, həm də uzunmüddətli perspektivdə bizə ciddi itkilər verəcək. Zəngəzur dəhlizi Azərbaycanı və Naxçıvanı niyə iki yerə bölüb? Cavab çox vacibdir və təəssüf ki, buna əhəmiyyət verilmir. Nə üçün bolşeviklər Arazın şimalında hakimiyyətdə olduqları dövrdə 65 kilometr sərhədimizi kəsib, İranla ümumi sərhədi olması üçün Ermənistana ərazi (Zəngəzur) verdilər?…


























