İran İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) komandanının müşavirlər qrupunun rəhbəri general Fədəvi ABŞ hərbi gəmilərinin Fars körfəzi və Hörmüz boğazındakı mövcudluğu ilə bağlı açıqlama verib.
Vətəninfo.az xəbər verir ki, generalın sözlərinə görə, hazırda Fars körfəzində və Hörmüz boğazında heç bir ABŞ hərbi gəmisi yoxdur.
“Amerikalılar geri çəkiliblər və sərhədlərimizdən min kilometrdən çox uzaqdadırlar. Bu, onların öz istəyi ilə baş verməyib. Bu, İslam Respublikasının və SEPAH Hərbi Dəniz Qüvvələrinin gücünün nəticəsidir”, – deyə Fədəvi bildirib.
İranlı general ABŞ qüvvələrinin bölgədən uzaqlaşmasını Tehran və SEPAH-ın hərbi imkanları ilə əlaqələndirib.
Qeyd edək ki, Hörmüz boğazı Fars körfəzi ilə Oman körfəzini birləşdirən strateji əhəmiyyətli su yoludur və dünya enerji daşımalarının mühüm marşrutlarından biri hesab olunur.


























