Vətəninfo.az xəbər verir ki, SEPAH Qüds qanadının komandir müavini İrəc Məscidi bildirib ki, Livanda Hizbullahı tərksilah etmək planı “Amerika-sionist layihəsidir” və “heç vaxt həyata keçirilməyəcək”.
Onun sözlərinə görə, “müqavimət cəbhəsinin silahları Livanı «sionist rejimin» hücumunda qoruyan xalqın silahıdır” və bu səbəbdən nə Hizbullah, nə də Livan xalqı belə təşəbbüsü qəbul etməyəcək.
Eyni zamanda İsrail baş nazirinin ofisi Livan hökumətinin Hizbullahı tərksilah etmək qərarını alqışlayıb. Rəsmi açıqlamada qeyd olunub ki, plan ABŞ-ın rəhbərliyi ilə həyata keçiriləcəyi təqdirdə, İsrail ordusunun Livanın cənubundakı mövcudluğu mərhələli şəkildə azaldıla bilər.