Bu gün İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə məxsus pilotsuz uçuş aparatının (PUA) Hörmüz boğazı üzərində vurulduğunu iddia edib.
Vətəninfo.az xəbər verir ki, SEPAH-ın açıqlamasına görə, korpusun “ən müasir hava hücumundan müdafiə sistemlərindən” biri ABŞ-yə məxsus MQ-1 tipli dronu Hörmüz boğazı üzərində aşkarlayaraq zərərsizləşdirib.


























