İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı üzərində ABŞ-yə məxsus pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, SEPAH-ın məlumatına görə, qurumun Aerokosmik Qüvvələri səhər saatlarında Hörmüz boğazının qərb hissəsi üzərində uçan “MQ-1” tipli PUA-nı zərərsizləşdirib.
Bildirilib ki, pilotsuz uçuş aparatının məhv edilməsi zamanı İranın müasir hava hücumundan müdafiə sistemlərindən birindən istifadə olunub.
SEPAH iddia edib ki, bu, Hörmüz boğazı üzərində vurulduğu açıqlanan ABŞ-yə məxsus dördüncü PUA-dır.
Məlumat SEPAH-ın “Telegram” kanalında yayımlanıb. ABŞ tərəfi isə hadisə ilə bağlı hələlik açıqlama verməyib.


























