Vətəninfo.az xəbər verib ki, dünən SEPAH-ın baş komandanı general Hüseyn Səlami bildirib ki, “İslam Respublikasının gücü İranın hüdudlarından kənardadır və Tehranın bütün düşmənləri bu güc qarşısında düzgün addım atmalıdırlar, çünki onların ilk yanlışı son səhv ola bilər”.
Səlaminin sözlərinə görə, İranın proksi qüvvələri öz silahlarını istehal edir və Tehran onlara maksimum imkanla dəstək verir.
“İran heç bir silahını itirməyib və bizim inancımız Hizbullah və “Ənsarullah”la (husilər) eynidir… “Sionistlər” uğur qazandıqlarını düşünürlər, ancaq keçmişdən daha narahat yaşayırlar və çıxılmaz vəziyyətdədirlər, eləcə də onların gələcəyə dair dəqiq baxışları yoxdur”, – deyə, Səlami iddia edib.