Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzv dövlətləri üçün “Səhənd 2025” antiterror təlimi ölkənin şimal-qərbində, İranın Şərqi Azərbaycan əyalətində başlayıb.
SEPAH quru qüvvələri tərəfindən təşkil edilən təlimlər beş gün davam edəcək.
ŞƏT üzvləri: Çin, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Hindistan, Pakistan və İran.
Qeyd edək ki, bu İran tərəfindən təşkil edilən ŞƏT-ə üzv olan dövlətlərin ikinci hərbi təlimidir. Birinci təlim 2021-ci ilin dekabrında keçirilib.

























