Vətəninfo.az xəbər verir ki, dünən SEPAH-ın baş komandanı Hüseyn Səlami bildirib ki, SEPAH qüvvələri Qırmızı dəniz və Aralıq dənizində 14 İran neft tankerinə edilən hücumlara cavab olaraq İsrail gəmilərinə zərbələr endiriblər.
Generalın iddiasına görə, İsrail İran neftinin ixracının qarşısını almaq üçün “müəmmalı” addımlar atıb və İran tankerlərinə hücuma keçib. Buna cavab olaraq isə SEPAH qüvvələri 12 İsrail gəmisini hədəfə alıb.
O, qeyd edib ki, Tehran əvvəlcə İran gəmilərinə kimin hücum etdiyini bilməsə də, sonradan bunun İsrail olduğunu öyrənib.