SEPAH-ın Kəşfiyyat Təşkilatının rəhbəri Məcid Xadəmi ABŞ, İsrail və Avropa ölkələrinə xəbərdarlıq edib. O, düşmənin “yumşaq müharibə” taktikasına qarşı mübarizədə lazım gələrsə, öncədən müəyyən edilmiş hədəflərə zərbə endiriləcəyini bildirib.
Xadəmi ölkənin kiberməkanda müdafiəsini gücləndirməyə çağıraraq millət vəkillərinə Milli Kəşfiyyat Şəbəkəsini ciddi şəkildə izləməyi tövsiyə edib. O, İsraillə müharibəni “bütün dünya ilə müharibə” adlandıraraq, Qərb dövlətlərinin və Amerikanın İsrailə dəstəyini tənqid edib.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə təzyiqlərin siyasi xarakter daşıdığını vurğulayan Xadəmi, danışıqlar prosesində düşmənin psixoloji əməliyyatlara əl atdığını, ancaq İran diplomatlarının möhkəm dayandığını deyib. (Tabnak)