Vətəninfo.az xəbər verir ki, İsrailin “Alma” Tədqiqat Mərkəzi xəbər verib ki, İran hökuməti Hizbullahın vəziyyətini qiymətləndirmək üçün SEPAH-ın Qüds qanadının, eləcə də ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyinin qüvvələrini Qızıl Aypara Cəmiyyətinin əməkdaşları formasında Livana yola salıb.
Tədqiqat Mərkəzinin məlumatına görə, Tehran ilk dəfə deyil ki, bu hiyləyə əl atır və dəfələrlə Qızıl Aypara əməkdaşlarını öz hərbi və kəşfiyyat qüvvələrinin fəaliyyəti üçün pərdə kimi istifadə edib. (Iran International)