Separatçı “Cənubi Osetiya”nın qondarma “prezidenti” Alan Qaqloyev oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar Gürcüstanla təmas xəttini bağlanmasına göstəriş verib.
O, bunu ictimai təhlükəsizlik mülahizələri ilə əsaslandırıb. “Gürcüstanın qərbyönümlü və millətçi radikal qüvvələrinin mümkün təxribatlarını istisna etmək üçün oktyabr ayında Razdahan və Pereuda dövlət sərhədindən buraxılış məntəqələrinin sadələşdirilmiş qaydada fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib”, – deyə internet saytında dərc olunmuş mesajda bildirilir.
Keçid məntəqələrinin bağlanması üçün konkret tarixlər göstərilmir.