“Əlbəttə, əgər Rusiyanın riyakar Putin rejimi yenə qarşımıza bir əngəl çıxarmasa, Azərbaycan əsgərinin çox qısa əməliyyatı nəticəsində Qarabağın dağlıq hissəsində dövlətimizin qanunlarına, Ana Yasasına baş əymək istəməyən heç bir hayk qalmayacaq: nə Samvel, nə Ruben, nə də Araik və Bako…”
Azərbaycan Respublikası ərazisində Rusiyanın himayəsinə sığınmış separatçı-terrorçu rejimin təzəcə “seçilmiş”, əslində Moskva tərəfindən təyin olunmuş qondarma “prezidenti” Samvel Şahramanyan, deyəsən, müzəffər Azərbaycan ordusunun antiterror əməliyyatlarından sonra hərbi forma geyməyə “cəsarət” edib.
Moderator.az xəbər verir ki, separatçıbaşı Samvelin hərbi geyimdəki fotosunu Ermənistanın “Hraparak” nəşri bloqçu Gevorg Arustamyanın sosial şəbəkədəki paylaşımına istinadla təqdim edib.
Erməni bloqçu fotoya şərhində yazır:
“Artsaxda yaşamaq uğrunda mübarizə davam edir, mərmilərin atəşi davam edir. Etibarsız mənbələrdən aldığımız məlumata görə, artsax rəhbərliyi sabah qərar verəcək: ya qalırıq, ya gedirik. Bir sözlə, ya biz qalırıq, inteqrasiya edirik, ya da vətənimizdən ayrılırıq…”
P.S. Əlbəttə, əgər Rusiyanın riyakar Putin rejimi yenə qarşımıza bir əngəl çıxarmasa, Azərbaycan əsgərinin çox qısa əməliyyatı nəticəsində Qarabağın dağlıq hissəsində dövlətimizin qanunlarına, Ana Yasasına baş əymək istəməyən heç bir hayk qalmayacaq: nə Samvel, nə Ruben, nə də Araik və Bako…moderator.az