Bir qədər əvvəl Qarabağdakı separatçıların üç rəhbəri, Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyanın dünən Azərbaycanla razılaşma əsasında Ermənistana keçdiyi barədə məlumat yayılmışdı. “Sputnik Armeni”nın yaydığı xəbərdə iddia olunurdu ki, üç nəfərlə yanaşı, Qarabağdakı qanunsuz silahlı dəstələrin komandanlıq heyətinin bir qrupu da onlarla birlikdə İrəvana gəliblər.
Vətəninfo.az xəbər verir ki, adları keçən şəxslərin Ermənistana keçməsi barədə məlumatlar təkzib edilib. “Pastinfo”nun yaydığı xəbərə görə, sözügedən şəxslər Ermənistana keçməyib və onlar hazırda Qarabağdadır.


























