image-1backend

Serbiya Avropa İttifaqına tabe deyil

image-reklam_sirab_01

Çin lideri Si Cinpinin Fransa səfərinə müxtəlif rəylər verilir. Bir qrup ekspert səfərin uğurlu keçdiyini və Fransa prezidenti Emmanuel Makronun Si Cinpinə iki ölkə arasında münasibətlərə xələlə gətirəcək fikirlər söyləmədiyini vurğulayıblar. Makron Cinpinlə münasibətlərini istiləşdirmək məqsədilə onu Fransanın kurrot bölgəsində yerləşən dostunun restoranına şam yeməyinə dəvət edib.
Fərqli düşünən ekspertlər də var. Bu ekspertlər hesab edirlər ki, Si Cinpinin Fransaya səfəri Çinin Avropa İttifaqı ölkələri ilə iqtisadi əlaqələrindəki mövcud problemləri həll etməyəcək. Buna misal olaraq Çin liderinin Parisdə Fransa prezidenti Emmanuel Makron və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenlə üçtərəfli görüşdə səslənən fikirləri misal çəkiblər. Paris və Brüssel hesab edirlər ki, Çin dövlət investisiyaları hesabına Avropaya ixrac etdiyi məhsullarını qiymətini aşağı endirir ki, bu da qeyri-bərabər rəqabət yaradır. Ursula fon der Lyayen Avropa İttifaqının mövcud vəziyyətdən narahatlığını açıq şəkildə Si Cinpinin diqqətinə çatdırıb.
Çin lideri Fransadan sonra Serbiyaya keçib. Burada Çin liderinə möhtəşəm qarşılanma mərasimi keçirilib. Serbiya prezidenti Aleksandr Vuçiç Çin liderini şəxsən hava limanında qarşılayıb. Serbiya və Macarıstan Avropa ölkələri içərisində Çinlə əməkdaşlığa daha çox önəm verən iki dövlətdir. Çin Serbiyada və Macarıstanda yeni istehsal sahələri yaratmaq istəyir. Belqradda Çinləa Serbiya ilə azad ticarət barədə razılaşma əldə edilib. Serbiyanın Çin investisiyalarına ehtiyacı var.
Serbiyanın Çinlə yaxınlığı Brüsselin narahatlığına səbəb olub. Çünki Serbiya Avropa İttifaqına üzv olmaq istəyir. Brüsselin isə Çinlə dialoq rəvan deyil, bir-birlərini tənqid edirlər. Serbiya Avropa İttifaqının üzvü olarsa, Brüsselin qərarlarına riayət etmək məcburiyyətində qalacaq. Misal üçün Çin Serbiyada ucuz elektromobillər istehsal etmək istəyir. Brüssel bunun əleyhinədir, Avropa İttifaqının bazarının qorunması vacibliyi qənaətindədir.
“Atlas” Araşdırmalar Mərkəzi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki