image-1backend

Serbiya prezidenti Putinin dəvətini qəbul etmədi -Qalmaqal

image-reklam_sirab_01

Serbiya prezidenti Aleksandr Vuçiç Rusiya prezidenti Vladimir Putinin dəvətinə baxmayaraq, oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİKS sammitində iştirak etməyəcəyini açıqlayıb. Vətəninfo.az  xəbər verir ki, o, bununla izah edib ki, həmin vaxt respublikada “xaricdən önəmli qonaqlar olacaq”.

Putinin köməkçisi Yuri Uşakov bildirib ki, indiyədək dəvət olunmuş 36 xarici liderdən 18-i sammitdə iştirakını təsdiqləyib, o cümlədən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan.
Tədbirdə Boliviya, Monqolustan və Belarus prezidentləri də iştirak edəcək.

Xatırladaq ki, Braziliya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, İran, Misir, Səudiyyə Ərəbistanı və Efiopiyanın da daxil olduğu BRİKS-ə bu il Rusiya sədrlik edir.

Sentyabrın 4-də Putin Vuçiçi alyansın Kazanda keçiriləcək sammitində gözlədiyini açıqlamışdı. “Biz ona dəvət göndərdik. Ümid edirəm ki, cənab prezident bundan yararlanacaq”, – o, Şərq İqtisadi Forumu çərçivəsində Serbiyanın baş nazirinin müavini Aleksandr Vulinlə görüşü zamanı deyib.

Bu səfərdən əvvəl Avropa Birliyi bəyanat yaymışdı ki, “Ukraynaya qarşı təcavüz zamanı Rusiya ilə münasibətləri saxlamaq Aİ dəyərləri və Birliyə qoşulma prosesi ilə bir araya sığmır”. Serbiya 2012-ci ildən Aİ üzvlüyünə namizəddir.

Avqustun 31-də Vuçiç bəyan edib ki, Ukrayna müharibəsi başlayandan bəri Putinlə əlaqə saxlamayıb. O, Putinlə telefonla danışan, ona baş çəkən və ya onunla bütün dünyada görüşən bir çox Avropa liderlərindən fərqli olaraq Kreml lideri ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb. Eyni zamanda Vuçiç qeyd edib ki, Serbiyanın Rusiya ilə “yaxşı ənənəvi əlaqələri” var. Belqrad Ukraynaya müdaxiləsi ilə bağlı Moskvaya qarşı beynəlxalq sanksiyalara qoşulmaqdan imtina edib.

Eyni zamanda Vuçiç respublikanın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki