image-99backend

Serbiyada atışma: 8 ölü, 13 yaralı var

image-reklam_sirab_01

Serbiyanın Mladenovac bələdiyyəsinin Dubona kəndində atışma baş verib. Vətəninfo.az xəbər verir ki,  yerli “Axşam xəbərləri” qəzetinin məlumatına görə, nəticədə 8 nəfər ölüb, uşaqlar da daxil olmaqla 13 nəfər yaralanıb.

Hadisə mayın 4-də axşam saatlarında baş verib. Nəşrin mənbələrinin məlumatına görə, atəş açdığı iddia edilən şəxs polis əməkdaşları tərəfindən mühasirəyə alınıb, lakin təslim olmağa razı deyil. Hüquq-mühafizə orqanları onun girov götürməsindən ehtiyat edirlər, lakin bu məlumat hələ ki, təsdiqini tapmayıb.

Qəzet yazır ki, kişi bir neçə nəfərlə mübahisə edib, bundan sonra evə gedib, tüfənglə qayıdıb və atəş açıb. Polis yaxınlıqdakı kəsişmələri bağlayıb.

Xatırladaq ki, mayın 3-də Belqradda 7-ci sinif şagirdi məktəbdə atəş açıb. Nəticədə on nəfər həlak olub. Serbiyada mayın 5-dən 7-nə kimi matəm elan edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki