image-1backend

Sergey Ryabkov ABŞ-Rusiya münasibətlərini qiymətləndirib

image-reklam_sirab_01

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Prezident Vladimir Putinin ABŞ Prezidenti Donald Trampla görüşünə dair daxili hazırlıqların davam etdiyini açıqlayıb. S. Ryabkov Rusiya Elmlər Akademiyasına (RAN) tabe olan ABŞ və Kanada İnstitutunda etdiyi çıxışda ABŞ-Rusiya münasibətlərini qiymətləndirib.

Sergey Ryabkov deyib:”ABŞ-ın keçmiş prezidenti Co Baydenin hər mənada ümid verməməsi ilə müqayisədə bu gün bizim ABŞ-la münasibətləri bərpa etmək imkanımız var.”

Vladimir Putin və Donald Tramp arasında görüşlə bağlı hələlik razılıq əldə olunmadığını vurğulayan Sergey Ryabkov bunun üçün ölkədaxili hazırlıqların davam etdiyini qeyd edib.

“Vaşinqtondan daha aydın və qəti mesaj aldıqda, təqvimlə bağlı məsələləri nəzərdən keçirməyə başlayacağıq”,- deyə Sergey Ryabkov bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image