image-bez-nazvaniyabackend

Sergey Şoyqu:”Bu həqiqəti əks etdirmir”

image-reklam_sirab_01

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Ukraynanın Rusiyanın 6 hipersəsli “Kinjal” raketinin vurulması ilə bağlı açıqlamaları həqiqəti əks etdirmir.

Vətəninfo.az xəbər verir ki, Şoyqu Rusiya xəbər agentliyi “Ria”-ya verdiyi açıqlamada Ukraynanın “Rusya məxsus 6 hipersonik Kinjal raketi vuruldu” ifadəsini dəyərləndirib.

Şoyqu yuxarıda qeyd olunan bəyanatları təkzib edərək deyib:

“Hər dəfə vurduqlarını söylədikləri qədər “Kinjal” raketi buraxmamışıq. Üstəlik, Ukraynanın qarşısını aldığını elan etdiyi raketlərin sayı bizim buraxdığımız raketlərin sayından 3 dəfə çoxdur. Ayrıca ABŞ müdafiə sistemlərinin kimin idarə etməsi ilə bağlı suallar da var”.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın paytaxtı Kiyevdə Amerika istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemini hipersəsli “Kinjal” raketi ilə vurduqlarını bildirib.

Ukrayna Müdafiə Nazirliyi isə Rusiya ordusu tərəfindən atılan 6 “Kinjal” raketi də daxil olmaqla ümumilikdə 18 Rusiya raketinin hava hücumundan müdafiə sistemləri ilə vurulduğunu açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki