“Ermənistanla uzunluğu 500 km olan şərti sərhəd mürəkkəb relyefli ərazidən keçir və sərhəd xəttini möhkəmləndirmək üçün müasir istehkam qurğularının qurulmasına ehtiyac var”.
Vətəninfo.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələlərinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.
“Əsasən yüksəkliklərdə hərbi xidmət keçmək üçün yeni komandolar, hərbi birləşmələrin yaradılması, xüsusi xidmət və hüquq-mühafizə orqanlarının ən müasir texnika, texnologiya ilə təmin olunması davam etdirilməlidir”, – deyə deputat qeyd edib.