image-f39dab90-bcfe-4b95-bd72-d56ac76a7802backend

“Sərhədin yekun delimitasiyası danışıqlar yolu ilə razılaşdırılacaq” – Arzuman Muradlı

image-reklam_sirab_01

“Brüsseldə əldə olunan ən böyük nəticə odur ki, görüş gerçəkləşib. Şarl Misel öz bəyanatında Azərbaycanın yanında olduğunu açıqlayıb”. –Vətəninfo.az xəbər verir ki, bunu politoloq Arzuman Muradlı  Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin sonuncu görüşünü şərh edərkən deyib.

image-1677060887_arzuman-teze-1-2

Arzuman Muradlı əlavə edib ki, hal-hazırda regionda söz sahibi Azərbaycandır.

“1991-ci il Almatı Bəyannaməsinə və Ermənistanın (29 min 800 kv.km), Azərbaycanın (86 min 600 kv.km) müvafiq ərazi bütövlüyünə qeyd-şərtsiz sadiq olduqlarını bir daha təsdiq etdilər. Sərhədin yekun delimitasiyası danışıqlar yolu ilə razılaşdırılacaq.Ermənistanın indiki halda sülh danışıqlarına getməkdən başqa çarəsi yoxdur. Bu görüşdən sonra İrəvan məcburdur ki, Qarabağdakı hərbi texnikasını və silahlarını oradan çıxarsın”,- deyə politoloq  qeyd edib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki