Vətəninfo.az xəbər verir ki, İstanbul-Mərakeş reysini həyata keçirən Türk Hava Yollarına məxsus təyyarədə faciəvi hadisə baş verib. Sərnişinlərdən birinin intiharı ilə əlaqədar təyyarənin heyəti Əlcəzairin paytaxtında məcburi eniş edib.
Sərnişin uzun müddət tualetdə qalaraq çölə çıxmaması ilə bağlı şübhə yaradıb.
Qeyd olunur ki, ekipaj sərnişinin şübhəli davranışını fərq etdikdən sonra təcili tədbirlər görülüb.
Onlar tualetin qapısını sındıraraq açaraq kişini çıxarıblar.
Təcili tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.