image-reklam-veteninfo
image-1backend

Səudiyyə Ərəbistanı bu ölkələrdən kömək istəyir: Bizə dəstək verin…

image-reklam-veteninfo

Səudiyyə Ərəbistanı hava hücumundan müdafiə imkanlarının məhdud olması səbəbindən Böyük Britaniya, Fransa, Misir və Pakistandan yardım istəyib.

Vətəninfo.az xəbər verir ki, Associated Press (AP) agentliyinin iki regional rəsmi şəxsə istinadən yaydığı məlumata görə, Ər-Riyad sözügedən ölkələrdən Husilər və İranın dəstəklədiyi digər qruplar tərəfindən buraxılan raket və pilotsuz uçuş aparatlarından müdafiə olunmaq üçün bölgəyə hava hücumundan müdafiə sistemləri göndərmələrini xahiş edib.

Mənbələrdən biri Səudiyyə Ərəbistanının mürəkkəb vəziyyətlə üzləşdiyini bildirib. Onun sözlərinə görə, ölkə yalnız hərbi obyektlərini deyil, həm də mühüm neft infrastrukturunu raket və dron hücumlarından qorumağa çalışır.

Digər mənbə isə Ər-Riyadın Husilərə qarşı beynəlxalq koalisiya yaratmağa çalışdığını iddia edib.

AP-nin daha iki mənbəsi ABŞ və Husi nümayəndələrinin ötən həftə regional gərginliyin azaldılması məsələsini müzakirə etmək üçün Omanda görüşdüyünü bildirib.

Adı açıqlanmayan türk rəsmisinin sözlərinə görə, Ankara da gərginliyin azaldılması məqsədilə İran və Birləşmiş Ərəb Əmirlikləri ilə danışıqlar aparır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki