image-reklam-veteninfo
image-1backend

Səudiyyə Ərəbistanı İranın Mahan Air şirkətinə məxsus təyyarələrin ölkənin hava məkanına girişinə qadağa qoyub 

image-reklam-veteninfo

Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsi GACA İranın Mahan Hava Yollarının ölkəyə giriş icazəsini ləğv edib.
Vətəninfo.az xəbər verir ki, Mülki Aviasiya Baş İdarəsi İranın “Mahan” şirkətini Səudiyyə Ərəbistanında beynəlxalq operatorların təhlükəsizliyini təhlükə altına alan daxili qanunları pozmaqda ittiham edib.
Bu qurum İranın “Mahan” şirkətinin təyyarələrinə Səudiyyə Ərəbistanının hava limanlarına enməsini və ya onun hava məkanı üzərindən uçmasını qadağan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki