image-defaultbackend

Səudiyyə Ərəbistanı şahzadəsi  ABŞ-ı hədələdi

image-reklam_sirab_01

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ABŞ-ı “ciddi iqtisadi nəticələrlə” hədələyib, çünki Birləşmiş Ştatlar Ər-Riyadı neft hasilatını azaltmaq qərarına görə cəzalandırmağı planlaşdırırdı. Vətəninfo.az  Washington Post-a  istinadən xəbər verir.

Qəzet xatırladıb ki, ötən ilin oktyabrında prezident Co Bayden ABŞ-da yüksək enerji qiymətləri və aralıq seçkilər fonunda OPEC+-ın neft hasilatını azaltmaq qərarını təşviq etməsinin Səudiyyə Ərəbistanının “müəyyən nəticələrlə” üzləşəcəyi barədə xəbərdarlıq edib. Ər-Riyad diplomatik bəyanatların köməyi ilə ictimai məkanda öz hərəkətlərini müdafiə etsə də, vəliəhd şahzadə həqiqətən belə tədbirlər görsə, Amerika-Səudiyyə münasibətlərini kökündən dəyişdirəcəyi və ABŞ-a ciddi iqtisadi ziyan vuracağı ilə şəxsi hədələyib.

Şahzadənin təhdidlərindən bəhs edən ABŞ kəşfiyyatı memorandumu Discord platformasında yerləşdirilən məxfi materialların sızması səbəbindən məlum olub. Bununla belə, şahzadənin sözlərinin Amerika rəsmilərinin özlərinə ötürüldüyü, yoxsa elektron dinləmənin nəticəsi olduğu bəlli deyil.

Qəzetin ABŞ Milli Təhlükəsizlik Şurasındakı mənbəsi Səudiyyə Ərəbistanından gələn bu təhdidlərdən xəbərsiz olduğunu bildirib.

“Ümumiyyətlə, sənədlər çox vaxt reallığın bir anlıq əksi olur və tam təsəvvür yarada bilmir.

Qəzetin həmsöhbətinin sözlərinə görə, Vaşinqton Ər-Riyadla əməkdaşlığı davam etdirir və onu Yaxın Şərqdə qarşılıqlı maraqların təşviqində mühüm tərəfdaş hesab edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki