Bu gün Səudiyyə Ərəbistanının Yəmənin paytaxtı Sənadakı beynəlxalq hava limanına hava zərbələri endirdiyi bildirilir.
Vətəninfo.az xəbər verir ki, hücumun hədəfi hava limanı ərazisi olub. Hadisənin nəticələri və mümkün itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Husilər isə zərbələrə reaksiya verərək hücumun cavabsız qalmayacağını bəyan ediblər.


























