image-reklam-veteninfo
image-1backend

Səudiyyə Ərəbistanı: Türkiyəyə uzanan dəmir yolu xətti üzrə işlər ilin sonuna qədər başa çatacaq

image-reklam-veteninfo

Səudiyyə Ərəbistanının nəqliyyat naziri Saleh əl-Cəssir bildirib ki, İordaniya və Suriyadan keçəcək dəmir yolu xətti ilə bağlı Türkiyə ilə birgə texniki-iqtisadi əsaslandırma işlərinin ilin sonuna qədər tamamlanması gözlənilir.

Vətəninfo.az xəbər verir ki, nazir əl-Cəssir “Əl-Ərəbiyyə” kanalına açıqlamasında qeyd edib ki, layihə üzərində işlər davam edir və planlara uyğun olaraq ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur.

Türkiyə, Suriya və İordaniya xətti ilə bağlı araşdırmalar da davam edir. Nəqliyyat və İnfrastruktur naziri Əbdülqadir Uraloğlu İordaniyaya səfəri zamanı bildirib ki, üç ölkəni birləşdirəcək “müasir Hicaz Dəmir Yolu”nun inşası planlaşdırılır.

Uraloğlu əlavə edib ki, layihə gələcəkdə Səudiyyə Ərəbistanı və Omana qədər uzadıla bilər. Dəmir yolu İordaniyadan gələn yüklərin Suriya vasitəsilə Türkiyəyə, oradan isə Avropa və Orta Asiyaya daşınmasını təmin edəcək, beləliklə Qırmızı dənizi Aralıq dənizi və Avropa ilə birləşdirəcək.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki