image-1backend

Səudiyyə Ərəbistanı vətəndaşlarına xəbərdarlıq etdi: “Livanı dərhal tərk edin” 

image-reklam_sirab_01

Vətəninfo.az  xəbər verir ki, bu gün Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi bir daha ölkə vətəndaşlarından Livanı təcili tərk etmələrini istəyib.
Məlumata görə, Səudiyyə Ərəbistanı XİN bəyanat yayaraq vurğulayıb ki, vətəndaşları bu ölkəyə səyahət qadağasına ciddi yanaşsınlar.
Bəyanatda Səudiyyə Ərəbistanı vətəndaşlarından fövqəladə hallar baş verərsə, gələcək tədbirlər üçün səfirliklə əlaqə saxlamaları istənilib.
Qeyd edək ki, indiyədək dünyanın bir sıra ölkələri, o cümlədən Rusiya, İngiltərə, Fransa və ABŞ regionda gərginliyin artması ehtimalı ilə bağlı öz vətəndaşlarından Livanı tərk etmələrini istəyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki