Səudiyyə Ərəbistanı ordusuna məxsus C-130 Hercules hərbi-nəqliyyat təyyarəsinin Tehrandakı Mehrabad hava limanına eniş etdiyi bildirilir.
“Fararu” nəşri Reuters agentliyinə istinadən yazır ki, “Reuters” iki məlumatlı mənbəyə istinadla Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman, Pakistan ordusunun komandanı Asim Munir və Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının regional koordinasiyanı müzakirə etmək üçün İran rəsmiləri ilə görüşəcəyini bildirib.
İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqiri də adıçəkilən üç ölkənin yüksək vəzifəli rəsmilərinin Tehrana səfər edəcəyini açıqlayıb. Bəzi media məlumatlarına görə, nümayəndələrin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ilə görüşü planlaşdırılır.


























