“Rokna” xəbər agentliyi dünən Səudiyyə Ərəbistanı sularına təsadüfən daxil olan 15 iranlı balıqçının həbs edildiyini bildirib.
Məlumata görə, mayın 31-də biri 18 yaşından kiçik olan balıqçılar bir neçə günlük balıq tutmaq üçün dörd qayıqla Buşehrdən dənizə çıxıblar.
Qeyd olunub ki, səhər qayıqlar lövbər salarkən və sərnişinlər yatarkən güclü axın qayıqların təsadüfən Səudiyyə Ərəbistanı sularına daxil olmasına səbəb olub. Hələlik balıqçıların nə vaxt buraxılacağı bəlli deyil, bu müddət 3-6 ay çəkə bilər.