image-reklam-veteninfo
image-1backend

Səudiyyə Ərəbistanında iki hava limanına hücum edilib

image-reklam-veteninfo

Səudiyyə Ərəbistanının iki hava limanının hücuma məruz qaldığı açıqlanıb.

Vətəninfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanı rəsmilərinin yaydığı məlumata görə, Kral Abdullah bin Əbdüləziz Beynəlxalq Hava Limanı və Cizan şəhərində yerləşən hava limanı hücuma məruz qalıb.

Hadisənin təfərrüatları, hücumun hansı vasitələrlə həyata keçirildiyi və mümkün itki və dağıntılar barədə hələlik əlavə məlumat verilməyib.

Hücumların Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin gərginləşdiyi bir vaxtda baş verməsi diqqət çəkir.

Səudiyyə Ərəbistanının aidiyyəti qurumlarının hadisə ilə bağlı araşdırma apardığı bildirilir. Hücumların məsuliyyəti ilə bağlı isə hələlik rəsmi açıqlama verilməyib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki