Vətəninfo.az xəbər verir ki, bir neçə gün öncə Səudiyyə Ərəbistanında həbs edilən iranlı ultra-radikal mühafizəkar cərəyana məhsub din xadimi Qulamrza Qasimian “X” hesabında paylaşım edərək azadlığa buraxıldığını açıqlayıb.
O, təyyarənin içərisindən şəklini paylaşaraq yazıb: “Sizin dualarınız və İranın Səudiyyə Ərəbistanındakı konsulluğunun səyləri nəticəsində mən həbsdən azad oldum və Dubay vasitəsilə vətənimə qayıdıram”.
Qeyd edək ki, Qulamrza Qasimian Mədindəki Peyğəmbər Məscidinin qarşısında dayanaraq Səudiyyə Ərəbistanı hakimiyyətini tənqid etdiyi videosunun paylaşdıqdan sonra saxlanılıb.