image-1backend

Seul Pxenyanın hücumuna inanmır

image-reklam_sirab_01

Cənubi Koreya hakimiyyəti KXDR-in müharibəyə başlaya biləcəyinə şübhə ilə yanaşdığını bildirib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Koreya Respublikası Prezidenti Administrasiyasının Milli Təhlükəsizlik Departamentinin rəhbəri Şin Von-sik KBS telekanalında məlumat verib.

“Düşünürəm ki, Şimali Koreya intihar etmək qərarına gəlməsə, müharibəyə başlamayacaq”, – TASS onun sözlərini sitat gətirib.

Siyasətçi onu da əlavə edib ki, Cənubi Koreya Pxenyanın təxribatlarına cavab verməyə hazır olmalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki