image-reklam-veteninfo
image-1backend

Sevinc Tahirovanın direktor təyin olunmasına aydınlıq gətirildi

image-reklam-veteninfo

“MTV Azərbaycan” telekanalına yeni icraçı direktor təyin olunması ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil.

Vətəninfo.az  lent.az-a istinadla xəbər verir ki, bu barədə “MTV Azərbaycan” məlumat yayıb.

“Bəzi media resurslarında Sevinc Tahirovanın “MTV Azərbaycan” telekanalının icraçı direktoru vəzifəsinə təyin edilməsi barədə yayılan xəbər yanlışdır. Sevinc Tahirovanın telekanalın icraçı direktoru vəzifəsinə təyin olunması ilə bağlı məlumat həqiqəti əks etdirmir”.

Bu gün Sevinc Tahirovanın müvafiq əmrlə “MTV Azərbaycan”ın icraçı direktoru təyin edildiyi barədə məlumat yayılıb.

Əvvəlki illərdə ölkənin aparıcı televiziya kanallarında da fəaliyyət göstərən S.Tahirova 2015–2016-cı illərdə ANS TV-də jurnalist, 2007–2010-cu illərdə isə Lider TV-də jurnalist və ictimaiyyətlə əlaqələr mütəxəssisi vəzifələrində çalışıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki