image-img-20241108-wa0061backend

Seymur Orucov Ağstafa Rayon Mərkəzi Xəstəxanasında müalicə alan şəhid anaları və qazilərimizə baş çəkib

image-reklam_sirab_01

Ağstafa RİH başçısı rayonun məsul şəxsləri ilə birlikdə rayon Mərkəzi Xəstəxanasında müalicə alan şəhid anaları – Arifə Abdullayeva, Zeynəb Sadıqova, Afət Namazova və 3-cü qrup Vətən müharibəsi əlilləri – Vüsal Qarayev, Valeh Qədimovun sağlamlıq durumları, onların qayğıları ilə maraqlanaraq Zəfər bayramı təbriklərini çatdırıb. Xstəxananın baş həkimi, Vətən müharibəsi veteranı Teyyub Carçıyev posientlərin səhətləri və müalicələrinin gedişatı barədə ətraflı məlumat verərək bildirib ki, bu kateqoriyadan olan hər bir vətəndaşımız üçün yüksək səviyyədə tibbi xidmətlərin göstərilməsinə dair dövlətimiz tərəfindən bütün zəruri şərait yaradılıb.

Ziyarət olunanlar öz növbəsində söhbət əsnasında onlar üçün yaradılan şəraitdən və tibbi personalın peşəkarlığından razılıqlarını bildirib, şəhid ailələrinin üzvlərinin, müharibə əlillərinin dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunmasına, onların sosial qayğılarının daim diqqətdə saxlanılmasına görə ayrıca minnətdarlıq ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image