image-reklam-veteninfo
image-9backend

Seymur Orucov Ağstafa rayonunun Göycəli və Böyük Kəsik kəndlərində vətəndaşların növbəti səyyar qəbullarını keçirib

image-reklam-veteninfo

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun müvafiq qrafikə uyğun olaraq rayonun Göycəli və Böyük Kəsik kəndlərində keçirdiyi səyyar qəbullarda rayonun hüquq-mühafizə strukturlarının rəhbər şəxsləri, aidiyyəti təşkilatların nümayəndələri, eləcə də     kəndlərin sakinləri iştirak ediblər.

RİH başçısı hər kəsi 20 Sentyabr – Dövlət Suverenliyi Gününün birinci ildönümü münasibəti ilə təbrik edərək bildirib ki, məhz Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi ilə torpaqlarımız azad olundu, ölkəmizin suverenliyi bərpa edildi və dövlətimizin təməli daha da möhkəmləndirildi.

Səyyar qəbullarda vətəndaşların müraciət və təklifləri qeydiyyata alınaraq nəzarətə götürülüb. Məsələlərin həlli istiqamətində aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıq və müvafiq tövsiyələr verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki