image-1-tatli-qebulbackend

Seymur Orucov Ağstafanın sərhəd yaşayış yerlərindən olan Tatlı kəndində vətəndaşları dinləyib

image-reklam_sirab_01

Ağstafa RİH başçısı cari ilin noyabr ayı üzrə vətəndaşların ilk səyyar qəbulunu keçirdiyi Tatlı kənd tam orta məktəb binasında rayonun hüquq-mühafizə strukturlarının və aidiyyəti təşkilatların rəhbər şəxsləri, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə RİH başçısı hər kəsi qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibəti ilə təbrik edib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun xalqımıza bəxş etdiyi şanlı qələbələrdən, Azərbaycanın günü-gündən artan hərbi, iqtisadi qüdrətindən, ölkəmizdə bərqərar olan sülh və əmin-əmanlıqdan, eyni zamanda, bu ay paytaxtımızda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un yüksək əhəmiyyətindən söz açıb.

Səyyar qəbulda həmçinin qarşıdan gələn qış mövsümü ilə əlaqədar Tatlı kəndinin mövcud kommunal və digər infrastruktur vəziyyəti təhlil edilib, təbii qaz, elektrik enerjisi, içməli su təchizatı, eləcə də nəqliyyat infrastrukturlarına məsul şəxslərə bəzi tövsiyələr və nəzarət qaydasında müvafiq göstərişlər verilib.

Qəbulda vətəndaşlar tərəfindən irəli sürülən təklif və müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image