image-reklam-veteninfo
image-1backend

Si Cinpin:   Vyetnamla fikir ayrılıqları həll edilə bilər

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Çin prezidenti Si Cinpin bildirib ki, Vyetnamla Cənubi Çin dənizi ilə bağlı mübahisələr danışıqlar yolu ilə həll edilə bilər. 

Çin prezidenti Vyetnam Kommunist Partiyasının “Nhan Zan” qəzetində dərc olunan məqaləsində yazır: “Çin və Vyetnamın quru sərhədi probleminin həllində uğurlu təcrübəsi göstərir ki, hər iki tərəf danışıqlar yolu ilə məsələləri həll etməyə tam qadirdir”. 

Si Cinpin qeyd edib ki, ölkələr Cənubi Çin dənizində Tərəflərin Davranışı haqqında Bəyannamənin müddəalarını səmərəli şəkildə həyata keçirməlidir.

Si Cinpin vurğulayıb ki, iki tərəf fikir ayrılıqlarını aradan qaldırmalı və Cənubi Çin dənizini sülh, dostluq və əməkdaşlıq dənizinə çevirməlidir.

Çin, Vyetnam və regionun bir sıra digər ölkələri Cənubi Çin dənizindəki Parasel adalarının və Spratli arxipelaqının (Çin adı: Nanşa, Vyetnam: Chiongsa) mülkiyyət hüququ ilə mübahisə edir. 

Cənubi Çin Dənizində Tərəflərin Davranışı haqqında Bəyannamə Çin və ASEAN (Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası) ölkələri tərəfindən 2022-ci ildə imzalanmışdır. O, imzalayanlardan mübahisələri çətinləşdirə, gərginliyi artıra və ya sülh və sabitliyə xələl gətirə biləcək hərəkətlərdən çəkinməyi tələb edir. Onun müddəalarından biri mübahisələrin həlli üçün yekun parametrləri müəyyən edəcək Cənubi Çin dənizində Tərəflərin Davranış Kodeksinin hazırlanmasını tələb edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki