image-1backend

“Sibir röyası-2” çin olacaqmı?

image-reklam_sirab_01

Rusiya  prezidenti Vladimir Putinin Pekinə səfəri zamanı Çin hökumət başçısı Si Cinpin qaz təchizatı, Çin banklarının Rusiyada daha fəal işləməsi və Çinin İsveçrədə Ukrayna sammitində iştirakı kimi məsələlərdən danışıb.

Vətəninfo.az xəbər verir ki, “Financial Times” qəzetinin yazdığına görə, son iki məsələdə ciddi irəliləyiş əldə olunub: Çin İsveçrədəki sammitdə iştirak etməyəcəyini bəyan edib və qərarını “Rəsmi Moskvanın daxil olmadığı sülh təşəbbüslərinin mənasızlığı” ilə izah edib.

Bundan əlavə, Çin ABŞ-ın sanksiya təzyiqlərinə baxmayaraq, yaxın günlərdə öz banklarından bir və ya ikisinə diqqəti Rusiya ilə razılaşmalara yönəltmək barədə göstəriş verəcək.

Qaz təchizatı ilə bağlı tərəflər arasında “Sibir gücü-2” kəmərinin tikintisi və qazın qiyməti müzakirə olunub.

Rəsmi Pekin Moskvadan qazı subsidiyalaşdırılmış daxili bazara yaxın qiymətə tədarükünü xahiş edib. Lakin Rusiya bu şərti yerinə yetirsə belə, Çin “Sibir röyası-2” kəmərindən keçəcək illik 50 milyard kubmetr qazın yalnız kiçik bir hissəsini istəyir. Rusiya isə bu şərti əsassız hesab edir.

Qeyd edək ki, Vladimir Putin mayın 16-17 tarixlərində Çinə gedib və danışıqlar nəticəsində münasibətlərin möhkəmləndirilməsi qərara alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki