Yaxın günlərdə Altay və Krasnoyarsk vilayətlərində və Tiva Respublikasında anomal isti hava şəraiti gözlənilir. Artıq ikinci gündür ki, Omskda rekord hava temperaturu göstəriciləri qeydə alınır. Vətəninfo.az xəbər verir ki, bu barədə TASS-a Ob-İrtış Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Departamentinin mətbuat xidmətindən məlumat verilib .
“Ardıcıl ikinci gündür ki, Omskda havanın temperaturu tarixi maksimumu keçib. İyulun 12-də isə +38,9 dərəcə isti olub. Bu, 1901-ci ildə rayon mərkəzində qeydə alınmış sutka ərzindəki temperaturun əvvəlki rekordundan 1,5 dərəcə yüksəkdir”, – idarədən bildirilib.
Omskda rekord 36,7 dərəcə hava istiliyi iyulun 11-də də qeydə alınıb, əvvəlki tarixi maksimum 35 dərəcə 1901-ci ildə qeydə alınıb. Departamentdən qeyd edilib ki, isti hava şəraiti iyulun 13-də də davam edəcək.
Anormal isti hava şəraiti ilə əlaqədar Altay bölgəsində tufan xəbərdarlığı elan edilib. Burada havanın temperaturu bəzi yerlərdə 35 dərəcəyə çata bilər. 35 dərəcəyə və daha yüksək istilərlə əlaqədar Krasnoyarsk diyarında əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq elan edilib. Tivada meteoroloqlar temperaturun 33 dərəcəyə qədər yüksələcəyini proqnozlaşdırırlar.