image-image_750x_646b68871e3d5backend

Silahlılar Rusiyada bu kəndi ələ keçirdi : Putinə mesaj göndərdilər 

image-reklam_sirab_01

Ukrayna ordusunun sıralarında döyüşən “Rusiyaya Azadlıq” dəstəsi və “Rusiya Könüllülər Korpusu” (Rusiya Könüllülər Korpusu) Rusiya Federasiyasının Belqorod vilayətinin Qora-Podol kəndinin ələ keçirildiyini elan edib.

“Qora-Podoldan keçdik. Bizim legion RKK yaraqlıları ilə birlikdə Belqorod vilayətinin Qravoron qəsəbəsinə hücum edib. Rusiya azad olacaq”, – Vətəninfo.az xəbər verir ki, “Rusiyaya Azadlıq” legionunun rəsmi teleqram kanalı elan edib.
Kreml məlumatlara reaksiya verib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Putinə “diversantların Belqorod vilayətini işğal etmək cəhdi” barədə məlumat verilib.

Kremlin sözçüsü bəyan edib ki, bu təxribatın məqsədi “diqqəti Baxmutdan yayındırmaq və şəhərin itirilməsinin siyasi təsirini minimuma endirməkdir”.

“Ukraynalı diversantların Rusiya ərazisindən çıxarılması və həmin təxribatçı qrupun məhv edilməsi istiqamətində işlər aparılır, kifayət qədər qüvvə və resurslar var”, – o əlavə edib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki