Şimali Koreya ötən həftə hərbi gəminin istismara verilməsi zamanı baş vermiş qəzada əli olmaqda günahlandırılan 4 nəfəri həbs edib.Vətəninfo.az xəbər verir ki , bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Həbs edilənlər arasında KCNA-nın məlumatına görə, “ciddi qəzaya görə məsuliyyət daşıyan” Partiya Mərkəzi Komitəsinin Sursat Sənayesi Departamentinin direktor müavini Ri Hyon Son da var.
Mayın 25-də isə KCNA daha üç nəfərin həbs olunduğunu bildirdi.
Mayın 21-də 5000 tonluq minaaxtaran gəminin istismara verilməsi zamanı gəminin arxa hissəsi “komandirliyin zəif olması” və səhvlər səbəbindən vaxtından əvvəl sürüşmə yolundan çıxıb, maneə ilə toqquşub, dibi zədələnib və çevrilib. Şimali Koreya lideri Kim Çen In hadisəni millətin ləyaqətinə xələl gətirən “cinayət aktı” adlandırıb və bütün günahkarları cəzalandıracağını vəd edib.
CNN-in təqdim etdiyi peyk fotosuna görə, Şimali Koreya çevrilmiş gəmini başqa gözlərdən gizlətmək üçün üzərini örtüb.