image-1backend

Şimali Koreya uranın zənginləşdirilməsi obyektinin ilk fotolarını nümayiş etdirib

image-reklam_sirab_01

Şimali Koreya lideri Kim Çen In uranın zənginləşdirilməsi obyektinə baş çəkib. Səfərdən sonra Pxenyan ilk dəfə nüvə silahı üçün yanacaq istehsal edən sentrifuqların fotolarını nümayiş etdirib. Bu barədə Vətəninfo.az “ Reuters” agentliyinə istinadən xəbər verir.

Şimali Koreya lideri işçiləri taktiki nüvə silahları üçün daha çox komponent istehsal etməyə çağıraraq, ölkənin nüvə arsenalının ABŞ və müttəfiqlərinin təhdidlərinə qarşı durmaq üçün həyati əhəmiyyət daşıdığını deyib. 

Kim Çen Inın sözlərinə görə, silahlar “özünümüdafiə və qabaqlayıcı hücum ehtimalı üçün” lazımdır.

Reuters qeyd edir ki, Şimali Koreyanın dövlət mediası Kim Çen Inın Nüvə Silahları İnstitutuna səfərini işıqlandırarkən onun uranı zənginləşdirən metal sentrifuqaların arasından keçdiyi fotoları təqdim edib.

Pxenyanın uranın zənginləşdirilməsi üçün bir neçə obyektinin olduğu güman edilir. 

Şimali Koreya keçmişdə nüvə başlıqlarının fotolarını nümayiş etdirib. Ölkə 2006-2017-ci illərdə 6 yeraltı nüvə sınağı keçirib.

Şimali Koreyanın nüvə silahlarının sayı ilə bağlı təxminlər çox müxtəlifdir. Amerika Alimləri Federasiyasının iyul ayında açıqladığı hesabata görə, Pxenyan 90-a qədər nüvə başlığı istehsal etmək üçün kifayət qədər parçalanan material istehsal etmiş ola bilər, lakin çox güman ki, 50-yə yaxın belə döyüş başlığı istehsal edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki